Xəzər rayonunda oğurluq edən 3 nəfər ələ keçdi

Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5575 manatlıq oğurluq edilməsi barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşlarının Xəzər rayon ərazisində keçirdikləri digər tədbirlərlə isə bir neçə evdən 1850 manat dəyərində məişət əşyaları, komputer oğurlamaqda şübhəli bilinən 27 yaşlı A.Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.