Xəstəxanaya müayinəyə gələn pasiyent növbədə öldü

Sumqayıtda müayinə olunmaq üçün gələn pasiyent növbədə ölüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində xəstəxanalardan birində qeydə alınıb.

Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi olunmaq üçün növbə gözləyən 1961-ci il təvəllüdlü Sara Oktay qızı Nəcəfova xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.