Xocalıda mərmər zavodunda yanğın törədən şəxs tutuldu - FOTOLAR

Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xocalıda mərmər zavodunda yanğın törədən şəxs tutuldu - FOTO