Xocalı qatili Raşid Beqlaryana HÖKM OXUNDU - YENİLƏNİB

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub.

Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 15 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəmədə Raşid Beqlaryanın hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, hadisəni törədərəkdən anlaqlı olduğu hesab olunub. Məcburi müalicəyə ehtiyac olmadığı bildirilib.

Həmçinin cinayət işinin materialları elan edilib. Məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub. Təqsirləndirilən şəxs məhkəmə istintaqının tamamlanmasına etiraz etməyib.

Daha sonra dövlət ittihamçısı R.Beqlaryanın 17 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxs Hüseynov Əkbər Hüseyn oğlu çıxış edərək təqsirləndirilən şəxsə daha ağır əza verilməsini xahiş edib:

"Əsgər yoldaşımı öldürüb qanımı mənə içiriblər. Bizi görəndən sonra o gedib Xocalıda danışdı. Yalan deyir, tamaşa etmişəm. Kino çəkmirdi. Gəlib indi məhkəməyə deyir tanımıram" .

Beqlaryan məhkəmədə son söz deyib:

"Mən ixtisasıma görə sürücü kimi orduya çağırdılar. Əmrdən heç kim qaça bilməz. Mənə nə deyiblərsə, maşına yükləyib daşımışam. Xahiş edirəm ki, insani və daha yüngül cəza verəsiniz".

Məhkəmə müşavirəyə yollandıqdan sonra hökm elan edilib. R. Beqlaryan 15 il müddətinə həbs edilib.

Qeyd edilib ki, o, 5 ili həbsxanada, yerdə qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.

Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.

***10:51

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə bu gün növbəti məhkəmə iclası başlayıb.