Xızıda narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən danışılıb - FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 20 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xızı rayonunda “Narkomaniya təhlükəsi barədə maarifləndirmə”  adlı sonuncu tədbirini keçirmişdir.

Stopnarkotik.az xəbər verir ki, Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbdə keçirilən tədbirdə rayon ziyalıları, gənclər və məktəblilər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Xızı rayin İcra Hakimiyyətinin məsul əməkdaşı Abdulla Hüseynov qonaqları salamlayıb və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniya, onun yayılma səbəbləri və fəsadları barədə geniş məlumat verib.

Toplantıda iştirak edən “Sağlam həyata doğru” İB-nin sədri, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən danışıb.

Abşeron-Xızı Regional Gənclər İdarəsinin əməkdaşı Abdulla Abbasov rayonda bu sahədə gənclərlə müntəzəm maarifləndirici söhbətlər aparıldığını qeyd edib.

Rayon mərkəzi xəstəxanasının həkimi Murad Qəhrəmanov narkomaniyanın insanlara gətirdikləri xəstəliklərdən danışıb və ondan qurtulmağın çətin bir proses olduğunu bildirib.

Xızı şəhər məktəbinin drektoru Fazil Məmmədov, C.Cabbarlı adına Ev Muzeyinin əməkdaşı Həcər xanım və başqaları iştirakçılara bu sahədə öz fikirlərini bildiriblər.                                                                                                                                           

Tədbir cay süfrəsi ətrafında səmimi müzakirədən sonra başa çatıb.

Stopnarkotik.az