Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, nəticədə 5 kiloqrama yaxın marixuana, 8 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətimdə araşdırmalar davam etdirilir.