Xırdalanın axundu işdən çıxarılıb.
Stopnarkotik.az Lent.az-a istinadən bildirir ki, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.
O, namazdan sonra elan edib ki, bu gündən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış axund Azər Saninin işdən çıxarılmasını təsdiqləyib. Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhər məscidinin imamı Qafarov Azər Vaqif oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub.
Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir.