XİN-də struktur dəyişikliyi - Ceyhun Bayramovun yeni müavinləri bu sahələrə cavabdeh olacaq

Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub.

Stopnarkotik.az xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduğu sahələr müəyyənləşib.

Belə ki, Samir Şərifov Beynəlxalq hüquq və müqavilələr idarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik təminat idarəsinə, digər nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.