Xarab olan gəmidən yarım milyardlıq kokain tapıldı

Avstraliya polisi xarab olan gəmidən təxminən 500 milyon dollar dəyərində kokain yükünü müsadirə edib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, yük Cənubi Amerika ölkələrindən birindən göndərilib. Gəmi tranzitdə olarkən mexaniki problemlə üzləşib və sahildən təxminən 18 kilometr aralıda dayanaraq səlahiyyətlilərin diqqətini çəkib.

Avstraliya Federal Polisi, Kvinslend Polisi və Sərhəd Qüvvələri birlikdə gəmini izləyərək axtarış aparıblar. İçərisində hər birində 40 kq kokain olan 51 çanta tapılıb.

Bu hadisə Avstraliya tarixindəki ən böyük narkotik əməliyyatı olub. Nəticədə, hər iki ekipaj üzvləri və sahildə şərik olduqları ehtimal edilən 11 kişi və iki azyaşlı saxlanılıb.