Martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Stopnarkotik.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən silah-sursat polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkarlanıb.