Xankəndidə silah-sursat aşkarlanıb - 17 AVTOMAT, 1 PULEMYOT, 2 TAPANÇA...

Martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, sözügedən silah-sursat polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkar edilib.