Xankəndi-Ağdam yolunda maşın aşdı - Yaralılar var

Ağdam rayonunda yol qəzası baş verib.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Xankəndi-Ağdam yolu ilə hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü və iki nəfər qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Xankəndi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.