Xanım prokuror narkotik alverçisi imiş - ŞOK HADİSƏ

Rusiyanın Çelyabinsk şəhərində regional FSB əməkdaşları prokuror Nadejda Boquxvalın 2018-2022-ci illərdə narkotik alverində iştirak etdiyini müəyyən ediblər.

Stopnarkotik.az xəbər verir ki, məlumata görə, xanım prokuror mefedron və kannabis daşımaq üçün, digər şeylərlə yanaşı, hüquq-mühafizə orqanlarına aid sayrışan işıqlı rəsmi nəqliyyatdan istifadə edib. Bundan başqa, Boquxal həmkarları arasında dəfələrlə narkotik maddələr paylayıb. Eyş-işrət məclislərində içki ilə yanaşı həşiş istifadə olunub, o cümlədən birbaşa prokurorluğun binasında bu ikisi birlikdə istifadə edilib. Sonda cinayət işinə çevrilən materiallarda şahid ifadələri, ekspertizalar, müşahidə məlumatları və s. var.

Maraqlıdır ki, Boquxvala qarşı iş açılsa da, prokuror narkotik alverçisi şərti cəza alıb. Amma belələrinin layiqli cəzası həbsxanada olmaqdır. 

Stopnarkotik.az

P.S. Əslində bu hadisə göstərir ki, göstərilən bütün səylərə, hər vəchlə aparılan mübarizəyə baxmayaraq, narkomaniyaya qarşı uğursuzluqla sonuclanan mübarizənin "anlaşılmayan, izahsız səbəbləri"ni harada axtarmaq lazımdır...