Xanım deputat 9 il azadlıqdan məhrum edildi

Rusiyada məhkəmə Tomsk Şəhər Dumasının deputatı Kseniya Fadeyevanı 9 il müddətinə azadlıqdan məhrum edib. 

Bu barədə "Borus" "Telegram" kanalı məlumat yayıb.

Fadeyeva ekstremist icma təşkil etməkdə və vətəndaşların hüquqlarını pozan QHT-lərin fəaliyyətində iştirakda ittiham olunur.

Dekabrın 28-də bildirilib ki, Tomsk şəhərinin Sovetski rayon məhkəməsində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Roman Boldırev Kseniya Fadeyevanın 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İstintaqın məlumatına görə, deputat 2021-ci ilin yanvar və aprel aylarında Tomsk sakinlərini Aleksey Navalnıya (terrorçular və ekstremistlər siyahısına daxildir) dəstək məqsədilə icazəsiz aksiyalara çağırıb.

Məhkəmənin qərarı ilə deputata rabitə vasitələrindən istifadə etmək, kütləvi tədbirlərdə iştirak etmək qadağan edilib. Noyabrda o, ev dustaqlığından istintaq təcridxanasına köçürülüb./"qaynarinfo"