Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.
Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.