Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Siyəzən rayon sakinləri Cəfər Fatihi və Xalıqverdi Bəylərov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onlardan 10 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.