Xaçmazda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb. Ərazidə kustar üsulla su quyusu qazmağa çalışan Əhəd Əhədov və bacıoğlusu Tural adlı şəxsi elektrik cərəyanı vurub. Nəticədə Əhəd Əhədov dünyasını dəyişib, Tural isə xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.