Xaçmazda DƏHŞƏT – Ata qızının sevgilisinin boğazını kəsdi

Xaçmazda dəhşətli cinayət hadisəsi yaşanıb.Hadisənin təfərrüatları məlum olub.

Stopnarkotik.az bizim.media-ya istiandən xəbər verir ki, Xaçmaz şəhər sakini, 1968-ci il təvəllüdlü Mail Qurbanov Quba rayon sakini 1980-ci il təvəllüdlü Taleh Niftəliyevi döyüb. O, daha sonra stolun üzərindəki külqabını qıraraq onun şüşəsi ilə T.Niftəliyevin boğazını kəsib.

Məlumata görə Taleh Niftəliyev Mail Qurbanovun qızı ilə qeyri-rəsmi münasibətdə olub.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qurbanov saxlanılıb.