Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağackəsilmə faktı üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.
Stopnarkotik.az xəbər verir ki, araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.
Qeyd edək ki, Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndlərindəki meşə massivində 10-dan çox sağlam palıd və ağcaqayın ağacının kəsilməsi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, belə hallar meşələrdə hər il baş verir.