Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova iyulun 18-i axşam saatlarında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.