Xaçatryan: "Sənin qadanı alım, bu qədər camaatın içində..." - VİDEO

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilir.

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər dindirilir.

Zərərçəkən Alışov Alış qeyd edib ki, atışma başlayanda ailəsi ilə birlikdə kənddə olub:

“Bunlar Novruzun evinin üstündən ata-ata gəlirdilər. Vaqif özü də orada idi. Balta ilə qonşumu vurdular. Sonra da güllələdilər.

Vaqif məni tanıyır. Meşəlidə məktəb direktoru olmuşam. Vaqif o vaxtı arıq idi. Salayın evinin qabağında dayanmışdı. Ev-ev, küçə-küçə döyüş gedirdi”.

Xaçatryan bildirib ki, heç vaxt silahı olmayıb.

“Sənin qadanı alım, sakit biri olmuşam. Heç vaxt silahım olmayıb. Heç orada da olmamışam. Allah səni saxlasın. Bu qədər camaatın içində sənin ixtiyarın yoxdu mənə yalan deməyə”.