“Bu gün biz postsovet dövründə Ermənistan-Rusiya münasibətlərində ən kəskin böhranın şahidiyik”.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Krılov deyib.
O, iki ölkə arasında müttəfiqlik münasibətlərinin pozulması ehtimalını inkar etməyib.
“Əvvəllər belə bir şey olmamışdı. İrəvanla Moskva arasında münasibətlər dönüş nöqtəsindədir. Ermənistan rəhbərliyi öz siyasətində Qərb vektorunu hər cür inkişaf etdirmək və Rusiya vektorunu məhdudlaşdırmaq istəyini nümayiş etdirir. Amerika administrasiyasının nümayəndələri bəyan ediblər ki, Rusiyanın hərbi mövcudluğu Ermənistanın uğurlu inkişafına mane olur. Avropa İttifaqı ölkələri də bu fikri təsdiqləyir, – deyə Rusiyalı politioloq bildirib.
Krılov əlavə edib ki, əgər İrıvanın Moskvaya qarşı hazırki mövqeyi davam edərsə, Rusiya hərbi bazasını Ermınitandan çıxarmalıdır:
“Əgər Ermənistan rəhbərliyi kollektiv Qərbin xeyrinə seçim edərsə və Ukrayna yolu ilə gedərsə, o zaman Rusiya hərbi bazasının bu dövlətin ərazisindən çıxarılmasından başqa perspektiv yoxdur”, – deyə Aleksandr Krılov əlavə edib. \\KONKRET.az