Səbail rayonu ərazisində yerləşən xəstəxanada bir qadının çantasından içərisində 2640 manatı, bank kartı və sənədləri olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 43 yaşlı F.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az