Əvvəllər heç vaxt beləsi olmamışdı! - SENSASİON KƏŞF

Alimlər tərəfindən aparılan araşdırmalar elmi ictimaiyyətdə böyük həyəcan yaratmağa davam edir. Warwick Universitetinin alimləri Günəş sistemimizdən kənarda insan həyatını dəstəklədiyi güman edilən daha 85 planet tapıblar.

Stopnarkotik.az musavat.com-a istinad’n xəbər verir ki, bu planetlər ölçülərinə görə Yupiter, Saturn və Neptuna bənzəyir və NASA-nın Transiting Exoplanet Survey Satellite (TESS) məlumatlarından istifadə etməklə kəşf edilib.

Bu araşdırmada mütəxəssislər daha soyuq planetləri tapmaq üçün 2 keçid edən planetlərə diqqət yetiriblər. 85 planetin öz ulduzu ətrafında dövrə vurması 20 ilə 700 gün çəkir. Əvvəllər TESS tərəfindən müşahidə edilən əksər ekzoplanetlərin orbital dövrləri 3 ilə 10 gün arasında olub.

Tədqiqatçılar deyirlər ki, bəzi planetlər öz ulduzlarına həyat üçün lazımi temperaturu təmin edəcək qədər yaxındırlar ki, buna "yaşayış zonası" deyilir. 85 potensial ekzoplanetdən 60-ı yeni kəşf edilib, 25-i isə TESS məlumatları sayəsində müstəqil tədqiqat qrupları tərəfindən müxtəlif texnikalardan istifadə edilərək aşkar edilib.

Baş tədqiqatçı professor Daniel Bayliss həyat üçün uyğun temperaturların tapılması ilə bağlı deyib: "İnsan həyatı üçün əlverişli temperaturlara sahib ola biləcək yeni kəşf etdiyimiz planetləri tapmaq çox həyəcanlıdır və əvvəllər beləsi olmayıb".