Əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir.
Stopnarkotik.az xəbər verir ki, xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, şagirdlərin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr göstərir ki, onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmaya bilir:
"SABAH Akademiyasını yaradarkən istedadlı tələbələri ölkənin iqtisadi liderləri ilə bir araya gətirməyi hədəfləyirdik".
Nazir qeyd edib ki, bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq. Bu, Azərbaycan təhsili üçün önəmli yenilikdir:
""Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar".
Emin Əmrullayev deyib ki, ölkəmizdə 15 yaşına qədər gənclərin 2 faizi aldıqları təhsil sayəsində dünyanın qabaqcıl ölkələrində yüksək təhsil almış yaşıdları ilə bərabərsəviyyəli bilik və bacarıqlara malikdirlər.
"Böyük inkişafa nail olmaq üçün ani dəyişiklikdənsə, bizim etdiyimiz kimi dəyişikliyə mərhələli formada məktəbdən başlamaq lazımdır", - deyə nazir əlavə edib.