Vətəndaşların bank kartlarından oğurluq edən 4 nəfər ələ keçdi - BİRİ KEÇMİŞ MƏHBUSDUR

Sumqayıt şəhərində bir qadının bank kartından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 28 yaşlı O.Qasımov müəyyən olunaraq saxlanılıb. 

Polis əməkdaşlarının daxil olan məlumatlar üzrə keçirdikləri tədbirlərlə Nəsimi rayonunda bir nəfərin bank kartından 900 manatını oğurlamaqda şübhəli bilinən 27 yaşlı T.Telmanzadə, Nərimanov rayonunda bir nəfərin bank kartından 1000 manatını oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Şirinova, Yasamal rayonunda isə bir nəfərin bank kartından 188 manatını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı F.Yaqubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.