Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 8 alışdırıcı, 7 tüfəng aşkar edərək götürülüb.

Həmçinin 510 ədəd müxtəlif çaplı patronun aşkar edilərək götürüldüyü qeyd edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.