Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, aprelin 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 2 patron darağı və 8 patron təhvil götürülüb.
Həmin gün Xankəndi şəhəri ərazisində keçirilən əməliyyat nəticəsində 5 müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.