İyulun 21-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, iyulun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 6 ədəd patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.