Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Polis əməkdaşları ötən gün vətəndaşlardan 11 silah götürüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng və 9 ədəd patron təhvil götürüblər.

Fevralın 1-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 12 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 230 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.