Vətəndaşlar xeyli sayda silahı polisə təhvil verdi

Həftəsonu (martın 16-da və 17-də) ölkə ərazisində 9 qumbara və 2 avtomat aşkarlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin müddətdə polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 qumbara, 14 tüfəng və 248 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.