Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, fevralın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 15 müxtəlif markalı tüfəng, 9 patron darağı və müxtəlif çaplı 293 patron təhvil alıblar.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 2 patron darağı və 16 patron aşkar edilərək götürülüb.