Vətən müharibəsi qazisi döyüldü - İKİ NƏFƏR SAXLANILDI

Qusarda Vətən müharibəsi qazisini döyən iki nəfər polis tərəfindən saxlanılıb.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı, 2-ci Qarabağ müharibəsi qazisi, Mucuq kənd sakini, 1991-ci il təvəllüdlü Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.

Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra Cəbrayılın, Füzulinin, Kəlbəcərin, Şuşanın azad edilməsinə görə medalları, həmçinin "Şücaətə görə" medalı ilə təltif edilib.