Voronejdə azərbaycanlı iş adamı belə həbs edildi – YENİLƏNİB / VİDEO

Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə oxu.az-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.

“Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur”, – deyə o məlumat verib.

***

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.

Y.Xəlilov regionun ən böyük Alekseyevski bazarının həmsahibidir.

Qeyd edək ki, onun həbsi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.