Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyanın Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində saxlanıldığı deyilir.
Stopnarkotik.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Balasanyan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilir.
Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.
1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.
Qeyd edək ki, bu gün qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan da Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, Vitali Balasanyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi qətlima görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.