Qazaxıstanın keçmiş paytaxtı Almatıda 2022-ci ildə baş verən yanvar hadisələri ilə bağlı təqsirləndirilən şəxslər, o cümlədən kriminal avtoritet Arman Cumageldiyev və Milli Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Ruslan İskakova hökm oxunub.
Stopnarkotik.az musavat.com-a istinadla xəbər verir ki, 2025-ci il yanvarın 27-də Almatıda 2022-ci ilin yanvar hadisələri ilə bağlı məhkəmə prosesi başa çatıb. Bu proses Qazaxıstanın müasir tarixində ən böyük və ən rezonanslı proseslərdən birinə çevrilib. Təqsirləndirilənlər arasında “Vəhşi Arman” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev və MTK-nın keçmiş idarə rəisi Ruslan İskakov da olub.
Hakim Asxat Aşirbekovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Elan edilən ilk hökmlər müttəhimlərin əksəriyyətinə aid olub və onlara nisbətən yüngül cəza verilib. Onların bir çoxu qısamüddətli həbs cəzası alıb və cəza müddəti başa çatdığına görə azadlığa çıxıblar. Ümumilikdə, iş üzrə 40 nəfər bir ildən 15 il 6 aya qədər həbs cəzası alıb.
İş üzrə əsas təqsirləndirilən şəxslər bir qismi isə ağır cəza alıblar:
Arman Cumageldiyev 20 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona təşkilatlarda iştirak etmək, tədbirlər keçirmək, mediada və ya sosial şəbəkələrdə dərc etmək qadağan olunub.
MTK-nın keçmiş idarə rəisi Ruslan İskakov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş maliyyə polisi agenti Talqat Maxatov 15 il həbs alıb.
Keçmiş deputat və iş adamı Kayrat Kudaybergen 8 il müddətinə azadlıqdan məhrum edilib. Ona sosial şəbəkələrdə iştirak etmək, tədbirlər təşkil etmək, mitinqlər keçirmək və ya mətbuatda dərc etmək qadağan olunub.
Jurnalist Berdax Berdimuradova 7 il həbs cəzası veriblər.
Məhkəmə qərarında nəzərdə tutulub ki, cəzasını çəkmək ərəfəsində olan məhkumlar orta rejimli koloniyalara göndəriləcək.