Venesuelada narkobarona amansız cəza - NARKOBARONU SUYA ATIB BOĞUB ÖLDÜRDÜLƏR

Venesuelada narkobaronlar arasında müharibə başlayıb. Narkotik oğurlamağa çalışan narkobaron ölüb.

Stopnarkotik.az xəbər verir ki, narkomafiya üzvlərinin bədəninə ağır yük bağlayıb dənizə atdıqları həmin anlar onun mobil telefonunda qeydə alınıb. Venesuelada narkotik kartelinin 200 kiloqrama yaxın narkotik yükün daşınmasının qarşısını almağa və oğurlamağa cəhd edən narkobaron Reynaldo Fuentes dəstənin digər üzvləri tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Narkotik oğurlamağa cəhd etdikdən sonra oğurluq narkotik malı gizlətməyə çalışan 68 yaşlı narkobaron Reinaldo Fuentes ələ keçdikdən sonra qisas almaq istəyən dəstə üzvləri təxminən 8 milyon dollar dəyərində narkotiki oğurlamaq istəyən Fuentesi qarət edərək, əllərini bağlayıb qayığa aparıblar. 68 yaşlı narkobarona ağırlıq bağlayan dəstə, daha sonra soyuqqanlı şəkildə kişini Martinika yaxınlığında dənizə atıb. Amma “Clan de Cartel” mafiyasında orta səviyyədə ”vəzifəsi” olan Fuentesi kimin qaçıraraq dənizə atdığı açıqlanmayıb.

Stopnarkotik.az