Venesuela prezidenti Madurodan şikayət rəsmiləşdi - NARKOKARTELLƏRLƏ BAĞLANTIYA GÖRƏ

Venesuela prezidenti Madurodan Meksika Prokurorluğuna "Meksika kartelləri ilə əlaqələri" ilə bağlı şikayət ediib.

Meksikalı müxalifət senatoru Alexandro Moreno Kardenas bu bazar ertəsi Meksika Baş Prokurorluğuna Nikolas Maduroya qarşı rəsmi şikayət ərizəsi verib və onu mütəşəkkil cinayətkarlıqla və xüsusən də Meksikanın narkotik kartelləri ilə əlaqədə ittiham edib.

Baş prokuror Alexandro Gertz Maneroya ünvanlanan və 2025-ci il avqustun 11-də möhürlənmiş sənəd Maduronu "ehtimal edilən məsul tərəf" kimi tanıdır və onun "lazımi qaydada sənədləşdirilmiş seçki saxtakarlığına əsaslanaraq" Venesuela prezidenti olduğunu vurğulayır.

“Faktlar haqqında məlumat” kimi təqdim edilən şikayətdə araşdırma və mümkün cinayət təqibi tələbi üçün Konstitusiyanın və Milli Cinayət Prosessual Məcəlləsinin maddələrinə istinad edilir. 

Stopnarkotik.az