Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Stopnarkotik.az medianews.az-a istinadən xəbər verir ki, ata və oğul Ali Məclisin yaxınlığındakı abidəni deyil, Naxçıvan şəhərində “Böyük bağ” deyilən ərazidə ulu öndər Heydər Əliyevə hələ sovetlər birliyi dövründə ucaldılan büstü ziyarət ediblər.
Diqqət çəkən məqam budur ki, Naxçıvan ictimaiyyətindən gizlənən V.Talıbov və oğlu S.Talıbov bu ziyarəti gecə saatlarında, heç kimin olmadığı bir vaxtda ediblər.