"Vaqner" Moskvaya mindən çox hərbi texnika ilə hərəkət edib...

"Vaqner" Özəl Hərbi Şirkətinin Moskva istiqamətində mindən çox hərbi texnika ilə hərəkət etdiyi məlum olub.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, Baza teleqram kanalı “Vaqner”in Voronej vilayətində keçərək Moskvaya istiqamətində aralarında tanklar, reaktiv yaylım atəşi sistemləri, yük maşınları və minik avtomobillərinin olduğu hərbi karvanla hərəkət etdiyini yazıb.

Məlum olub ki, təxminən 350 texnikadan ibarət ilk karvan iyunun 24-də gecə yarısından sonra Voronej vilayətinin sərhədini keçib. Karvanda 9 tank, 4 “Tiqr”, bir “Qrad” qurğusu, bir top, onlarla yük maşını və yüzlərlə avtomobil olub. Məhz bu kalon sonradan M-4 “Don” magistralının 590-cı kilometrliyində yük və tikinti texnikasının maneəsini dağıdıb.

Səhər saat 5 radələrində “Vaqner”in ikinci karvan Voronej vilayətinə daxil olub. İkinci hərbi karvan daha böyük olub. Təxminən 375 hərbi texnikadan ibarət karvan Buturlinovka şəhərinə doğru hərəkət edib. Həmin ərazidə Müdafiə Nazirliyinin hərbi aerodromu var.

Səhər saat 7-də təxminən 100 ədəd texnikadan ibarət üçüncü hərbi karvan Voronej vilayəti ərazisinə daxil olub. Onların arasında 3 tank, iki zenit qurğusu, avtobus, yük maşınları və minik avtomobilləri olun. Karvan M-4 “Don” şossesi ilə hərəkət edib.

Səhər saat 9-da ümumi sayı 212 ədəd olan dördüncü hərbi texnika karvanı Voronej vilayətinin sərhədini keçib.