Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama verilib.
Stopnarkotik.az xəbər verir ki, qurumdan bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:
“Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.
Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib”.
Qeyd edilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub:
“Valideyn tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.
***
09:48
Sabirabadda 1 yaşlı uşaq ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, A.N (şərti ad) xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.
İlkin araşdırmalarla onun qızılcadan öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.