Rusiyanın ən varlı iş adamlarından bəzilərinin sərvəti bu il ciddi şəkildə azalıb.
Bloomberg-in “Milyarderlər İndeksi”nə görə, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 3,07 milyard dollar itirərək sərvətini 22,8 milyard dollara endirib.
“Lukoil”in əsas benefisiarlarından biri olan Vahid Ələkbərov isə 2,58 milyard dollar itirib və hazırda onun sərvəti 22,7 milyard dollar olaraq qiymətləndirilir.
Bununla belə, ümumi göstəricilərə əsasən rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən bəri 18,1 milyard dollar artıb.