ÜST Opioid asılılığının müalicəsi üçün yenilənmiş təlimatlar dərc edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hallarda opioid agonistlərilə müalicənin dstəklənməsi terapiyası (OAT) ilə bağlı yeni təlimatlar dərc edib.

Stopnarkotik.az xəbər verir ki, sənəddə opioid asılılığı olan insanlar üçün yüksək keyfiyyətli və əlçatan qayğının təmin edilməsinin vacibliyi vurğulanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 64 milyon insan narkotik istifadəsi pozğunluğundan əziyyət çəkir, lakin onların 10%-dən azının müalicə almaq imkanı var. Yeni təlimatlar xüsusilə qeyri-sabitlik dövrlərində bu vəziyyəti həll etmək məqsədi daşıyır.

Təlimatların əsas məqamları: Opioid aqonistlərilə müalicə terapiyası (OAMT) əksər xəstələrə təklif edilməli olan təhlükəsiz və effektiv üsul kimi tanınır. Terapiya hətta böhran dövrlərində də fasiləsiz təmin edilməli və digər həyati əhəmiyyətli sağlamlıq xidmətləri ilə birlikdə prioritetləşdirilməlidir. Müalicənin pozulması qaçılmaz olarsa, qabaqlayıcı tədbirlər-naloksona çıxışı genişləndirmək, psixososial dəstəyi gücləndirmək və bütün maraqlı tərəflər arasında koordinasiyanı təmin etmək vacibdir. Xüsusilə vurğulanır ki, opioid aqonistlərlə müalicənin dəstəklənməsi terapiyası dozasının planlaşdırılmamış azaldılması həyat üçün təhlükə yarada bilər. Təlimatlara böhran zamanı müalicənin davamlılığının təmin edilməsi, abstinensiyanın (lomka) idarə edilməsi, aşırı dozanın qarşısının alınması və psixososial dəstəyin təşkili üçün xüsusi protokollar daxildir.

Stopnarkotik.az