Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Adhanom Gebreyesus yeni pandemiya ilə bağlı xəbərdarlıq edib.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun mümkün olduğunu bildirib.
“Amma insanlar buna hazır deyillər. Dünya hələ də növbəti X xəstəliyinə və növbəti pandemiyaya hazır deyil. Əgər sabah növbəti pandemiya olsa, dünya COVID-19 zamanı qarşılaşdığımız eyni problemlərlə üzləşəcək”, - ÜST-ün baş direktoru vurğulayıb.