ÜST-dən TƏKLİF: tütün, alkoqol və şirniyyatın qiyməti qaldırılsın

Ümumdünya Səhiyyə Təşkilatları ölkələri tütün, alkoqol və şirniyyatın qiymətini qaldırmağa çağırmaqla, onların qiymətini 2035-ci ilə qədər 50% artırmağı təklif edib.

Qurum öz təklifini belə əsaslandırıb ki, bu, zərərli məhsulların istehlakını azaltmağa və səhiyyə üçün əlavə vəsait yaratmağa kömək edəcək.

ÜST-nin baş direktorunun köməkçisi Ceremi Farrar vurğulayıb ki, bu məhsullara qoyulan vergilər planetdə ölüm hallarının 75%-dən çoxunu təşkil edən ürək xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin epidemiyası ilə mübarizədə effektiv vasitədir.

Təşəbbüsün məqsədi yaxın 10 ildə səhiyyə, təhsil və sosial müdafiəyə yenidən investisiya üçün 1 trilyon dollar toplamaqdır.

2012-ci ildən 2022-ci ilə qədər 140 ölkə artıq tütün vergilərini artırıb ki, bu da qiymətlərin 50% artmasına səbəb olub. 

Stopnarkotik.az