Uşaqların sosial mediada qeydiyyatdan keçməsi qadağan edilə bilər

Qazaxıstan parlamnetinin deputatı Asxat Aymaqambetov təklif edib ki, sosial mediada uşaqların qeydiyyatdan keçməsinə məhdudiyyət gətirilsin.

Deputat Süni İntellekt Nazirliyindən soruşub ki, sosial mediada qeydiyyatdan keçən uşaqlar üçün yaş məhdudiyyətlərinin müəyyən edilib-ediləcəkmi.

Hazırda uşaqlar 5-6 yaşdan etibarən valideyn razılığı və ya hər hansı təsdiq olmadan TikTok və İnstagram hesabları yarada bilərlər.

"Bu cür məhdudiyyətlər artıq digər ölkələrdə də mövcuddur. Məsələn, Danimarka və Avstraliyada sosial şəbəkədə qeydiyyata 15-16 yaşdan icazə verilir, ABŞ, İngiltərə və İrlandiyada isə xüsusi valideyn icazəsi və məcburi təsdiq tələb olunur. Bu qanun çərçivəsində oxşar qayda tətbiq edə bilərik", Aymaqambetov deyib.

O, həmçinin məktəblərdə smartfonların qadağan olunmasına toxunaraq qeyd edib ki, artıq İngiltərə, Hollandiya və Qazaxıstanın aparıcı təhsil müəssisələrində - o cümlədən NIS və BIL-də məhdudiyyətlər var.

Təxminlərə görə, bunun müsbət təsiri olub: uşaqlar daha çox sosiallaşıblar və onların akademik göstəriciləri yaxşılaşıb. Süni İntellekt və Rəqəmsal İnkişaf nazirinin müavini Dmitri Mun cavab olaraq bildirib ki, bu məsələ hazırda Rəqəmsal Məcəllə çərçivəsində nəzərdən keçirilmir.

Mun qeyd edib ki, "Biz tam qadağalar planlaşdırmırıq. Bizim mövqeyimiz inkişafı dayandırmaq deyil, elə şərait yaratmaqdır ki, uşaqlar texnologiyadan, internetdən və süni intellektdən təhlükəsiz istifadə edə bilsinlər".

Stopnarkotik.az