Uşaq alveri və cinsi təcavüzdə ittiham olunan yəhudi təriqəti üzvləri yaxalandı - ŞOK ƏMƏLİYYAT

Kolumbiyada ultra-ortodoks yəhudi təriqəti "Lev Tahor" təriqətinin qaldığı otelə basqın zamanı 17 uşaq nəzarətə alınıb.

Stopnarkotik.az xəbər verir ki, Kolumbiyanın Yarumal şəhərindəki bir otelə ötən bazar günü bir məlumat əsasında basqın edilib.

Basqın zamanı doqquz “Lev Tahor” üzvü saxlanılıb, təriqət üzvləri ilə birlikdə 17 uşaq isə hakimiyyət orqanları tərəfindən nəzarətə alınıb. Bildirilib ki, təriqət üzvləri oktyabrın son həftəsində 17 uşaqla Kolumbiyaya gəlib və yeni bir obyekt üçün istifadə ediləcək kənd mülkü axtararkən oteldə qalıblar.

"Lev Tahor" uşaq istismarı, təcavüz, məcburi evlilik və insan alveri ilə tanınan ultra-ortodoks (Haredi) yəhudi təriqətidir. ABŞ, Qvatemala və Meksika da daxil olmaqla bir neçə ölkədə fəaliyyət göstərən təriqətin 300 ilə 350 arasında üzvü olduğu düşünülür.

Qvatemala polisi təriqətin yüksək vəzifəli üzvü Yoel Alteri 1 fevralda uşaq istismarı və insan alveri ilə bağlı istintaq çərçivəsində həbs edib.

Stopnarkotik.az