Universitetlərin rus bölməsinə qəbul dayandırılıb? - DİM-dən AÇIQLAMA

Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti əks etdirmir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində Abituriyent 4 jurnalında nəşr olunub.

Xatırladaq ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılıb.