Çexiyada Praqa Universitetində qətl törədən David Kozak barəsində maraqlı faktlar ortaya çıxıb.
Stopnarkotik.az xəbər verir ki, Praqadakı Kuniversitetinin fəlsəfə fakültəsində 14 nəfərin ölümünə səbəb olan silahlı hücumu Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak həyata keçirib.
Məlum olub ki, D.Kozak ötən həftədən etibarən Çexiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Keçən həftə cinayətkar şəxs Praqadakı meşələrin birində azyaşlı və onun atasını qətlə yetirib. Universitetə silahlı hücumdan öncə isə öz atasını da qətlə yetirib.