Uludağda hoteldə güclü yanğın: ÖLƏNLƏR VAR - VİDEO / YENİLƏNİB

Uludağdakı hoteldə baş verən yanğında ölənlərin sayı artıb.

Bu barədə Bursa valiliyi xəbər yayıb.

"Uludağ Hotellər Bölgəsində yerləşən və 02.01.2025 tarixində lisenziyası ləğv edilən, müştərisi olmayan hoteldə bu gün yanğın baş verdiyi barədə məlumat daxil olub. Yanğına müxtəlif dövlət qurumlarından 110 nəfərlik heyət cəlb edilib və yanğın dərhal nəzarət altına alınaraq söndürmə işlərinə başlanılıb. Hoteldə olan 12 işçi təxliyə edilib. Təxliyə edilənlərdən iki nəfər təəssüf ki, həyatını itirib".

Qeyd olunur ki, daha üç nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onların şüurunun qapalı olduğu və müalicələrinin davam etdiyi bildirilib.

İddialara görə, hoteldəki xizək müəllimləri verandada manqal qalayarkən, üst örtük alovlanıb və yanğın qısa zamanda böyüyüb. Əşyalarını götürmək üçün yenidən hotelə girən şəxslər içəridə qalıblar. Ölənlərdən birinin 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən milli xizəkçi Berkin Usta olduğu vurğulanır, digəri isə hotelin xizək avadanlıqları otağında çalışan şəxs olub.

Bursanın Uludağ bölgəsində yerləşən hoteldə yanğın baş verib, alov qısa müddətdə bütün binanı bürüyüb. Faciə nəticəsində bir nəfər həlak olub.

Bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.

Onun sözlərinə görə, yanğınsöndürənlər dörd nəfəri xilas ediblər.

anğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub.